Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.

"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, telefon danışığında Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Türkiyə və ABŞ-nin yeni dövrdə həmrəylik, nəticəyə yönəlmiş və səmimi şəkildə irəliləyəcəyinə tam inandığını bildirib. O, ABŞ-dən yeni dövrdə terrorla mübarizədə Türkiyənin maraqlarını nəzərə alan bir anlayışla addımların gözlənildiyini bildirib.

Türkiyə lideri həmçinin bildirib ki, F-16 alqı-satqısı prosesi və Türkiyənin yenidən F-35 proqramında iştirakını yekunlaşdırmaq lazımdır.

Ərdoğan Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün atdığı qətiyyətli və təşəbbüskar addımlarını dəstəklədiklərini bildirib.