Moskva Donald Trampın Ukraynada atəşkəslə bağlı təklifi ilə razılaşmasa, ABŞ Rusiyaya qarşı tədbir görə bilər.

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik Müşaviri Mayk Uolts deyib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı razılaşma Kiyevin gələcək təhlükəsizlik zəmanətləri müqabilində bəzi ərazilərdən imtina etməsini nəzərdə tutur.