Misli Premyer Liqasında XXVII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, günün son oyununda "Turan Tovuz" və "Sumqayıt" komandaları qarşılaşıblar. Görüş "kimyaçılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəl baş tutan "Araz-Naxçıvan" - "Şamaxı" (1:1), "Kəpəz" - "Qarabağ" (0:0), “Sabah” - “Zirə” (1:1) oyunları heç-heçə ilə bitib. "Neftçi" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.