Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti Papanın xəstəxanaya yerləşdirilməsindən sonra ilk dəfə onun fotosunu dərc edib.

"Unikal" xəbər verir ki, məlumata görə, şəkil martın 16-da səhər pontifik otağının yaxınlığındakı kilsədə digər kahinlərlə birlikdə qeyd etdiyi ibadətdən sonra dua zamanı çəkilib. Fotoşəkildə o, əlil arabasında oturub, arxası fotokameraya dönüb və çarmıxa baxır.

"Fransisin vəziyyəti stabil olaraq qalır, terapiya, həmçinin tənəffüs və hərəkət fizioterapiyası davam etdirilir", -  deyə Vatikan bildirib.

Bununla belə, həkimlər hələ də klinik mənzərəni “mürəkkəb” hesab edirlər.