"Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında sərnişin sıxlığı müşahidə olunub.

"Bakı Metropoliteni" QSC-dən "Unikal"a bildirilib ki, stansiyanın infrastrukturu ilə bağlı texniki problem yoxdur.

"Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir".