Əgər Ermənistan Azərbaycanda saxlanılan ermənilərin qaytarılmasını sülh müqaviləsinin imzalanması üçün ilkin şərt kimi qoysa, danışıqlar dalana dirənib, vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Simonyanın sözlərinə görə, bu məsələ diplomatik yollarla edilir. 

O əlavə edib ki, Azərbaycana ultimatumlar təqdim etmək yanlış yanaşma olardı: "Hər hansı bir partiyaya ultimatum təqdim etmək bu gün dövlətimizə qarşı işləyən müəyyən partiyaların və şəxslərin etdiklərini bir daha təsdiqləmək demək olardı".

Ağarza Elçinoğlu