Amerika Birləşmiş Ştatları Krımın Rusiyanın regionu kimi beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynaya bilər.
"Unikal" xəbər verir ki, bunu Krımın Rusiya prezidenti yanında daimi nümayəndəsi, "respublika" hökuməti baş nazirinin müavini Georgi Muradov bildirib.
"Vəziyyət yekunlaşmaq üzrədir. Krım hər şeydən əvvəl gündəmdən çıxarılmalıdır. Düşünürəm ki, amerikalılar burada mühüm rol oynaya bilər", - deyə o qeyd edib.
Muradov ABŞ prezidenti Donald Trampın dəfələrlə Krımda yaşayan ruslar haqda danışmasına diqqət çəkib.
Ağarza Elçinoğlu