İngiltərənin “Arsenal” komandası yay transfer pəncərəsində iki mövqeyə futbolçu transfer edəcək.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, London klubu hücum və yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Premyer Liqa təmsilçisinin heyətində yer alan forvard Qabriel Jezus və orta sahə oyunçusu Kay Haverts zədə səbəbindən mövsümün sonunadək meydana çıxa bilməyəcəklər. Bu səbəbdən rəhbərlik yeni mövsüm üçün komandanı gücləndirməyə çalışır.
Komandanın baş məşqçisi Mikel Arteta son matçlarda hücumçu mövqeyində yarımmüdafiəçi Mikel Merinodan istifadə edir.
Qeyd edək ki, hazırda “Arsenal” ölkə çempionatında 58 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Topçular” lider “Liverpul”dan 12 xal geri qalır.