ABŞ prezidenti Donald Tramp İranı Yəmən husilərinin hücumlarını əlaqələndirməkdə ittiham edib və İslam Respublikasını bunun "ağır nəticələrilə" təhdid edib.

"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

“Heç kim yanılmasın!... İran Yəmən husilərinin davam edən hücumlarına görə cavabdeh olacaq”, - Donald Tramp bildirib.

Onun sözlərinə görə, İran husilərin "hər addımını istiqamətləndirir", o, onları silah, pul və kəşfiyyatla təmin edir.