Türkiyə Superliqasında daha bir matçı əcnəbi hakimlər idarə edəcək.

"Unikal" qol-a istinadən xəbər verir ki, 28-ci turun "Beşiktaş" - "Qalatasaray" matçı İrfan Pelitoya tapşırılıb.

Türkiyə Futbol Federasiyasının bununla bağlı Bosniya və Herseqovina Futbol Federasiyasına müraciət etdiyi bildirilib.

Martın 29-da keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" - "Fənərbaxça" görüşünü (0:0) sloveniyalı hakim Slavko Vinçiç idarə etmişdi.