Şəkidə yaşayış evi tamamilə yandı.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi Şəki şəhər S.Mümtaz kuçəsində baş verib.Yanğın yerinə Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın zamanı 1958-ci il təvəllüdlü Nəsirov Şahid Vahid oğluna məxsus ümumi sahəsi 120 kvadratmetr olan yaşayış evi içərisində olan əşyalarla birlikdə tamamilə yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Seymur Əli