Avropa “müharibədən qaçmaq” üçün silahlanmağa davam etməlidir.

"Unikal" xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Rusiya liderləri Vladimir Putin və ABŞ lideri Donald Trampın birgə bəyanatından sonra sosial şəbəkədə yazıb. 

“Ölkəmiz və qitəmiz silahlanmağa, özümüzü hazırlamağa, müharibədən qaçmağa davam etməlidir. Bu, bizim etdiyimiz seçimdir və bundan sonra da edəcəyik”, - deyə o qeyd edib. 

Makron həmçinin Almaniya ilə sərhəddə nüvə başlıqlarına malik Fransanın "Rafale" çoxməqsədli döyüş təyyarələrinin yerləşdiriləcəyini bildirib.