"Barselona"nın futbolçusu Lamin Yamal Çempionlar Liqasından danışıb. 

"Unikal" xəbər verir ki, 17 yaşlı vinger sport.es saytına verdiyi açıqlamada turnirin qalibi olacaqlarına indandığını bildirib: 

"Hazırda biz Çempionlar Liqasının favoritiyik. "Liverpul" turniri tərk edib. İlkin favoritlər onlar idi. Amma indi biz buradayıq. Heç kəsdən qorxmuruq, biz bir ailəyik. Əlbəttə ki, ÇL-i qazana bilərik". 

Qeyd edək ki, Lamin Yamal bu mövsüm Çempionlar Liqasında 9 oyuna çıxaraq 3 qol vurub və 3 qolun ötürməsini edib. 

"Barselona" turnirin 1/4 final mərhələsində Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.