18.03.2025-ci il tarixində saat 22:40 radələrində 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə müxtəlif bədən xəsarətləri səbəbilə hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində 1979-cu il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Döş qəfəsinin travması diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. 

Z.Məmmədov adına xəstəxanaya yerləşdirilən 2006 və 2007-ci il təvəllüdlü şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.

*** 09:52

Gəncədə 3 nəfər maşını sürətlə idarə edən sürücünü döyüb.

"Unkal"ın məlumatına görə, hadisə şəhərdə yerləşən Sosial binaların yaxınlığında baş verib. Davadan sonra 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə  yerləşdiriliblər. Xəsarət alanlara dərhal  yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir. Xəsarət alanlar 1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayevdir.

Məlumata görə, hadisə küçədən maşını sürətlə sürmək üstündə baş verib. Bu zaman 3 nəfər avtomobil sürəni döyüblər, bundan sonra döyülən sürücü 3 nəfəri avtomobilə vurub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov bildirilib, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır. Ekspertizanın və araşdırmanın nəticəsindın asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Baş vermiş hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Tural Əhmədov