İtaliyanın "Il Foglio" qəzeti tamamilə süni intellekt tərəfindən yaradılan ilk nömrəsini nəşr edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, süni zəka bütün məqalələri, başlıqları yazıb və hətta kinayəli ifadələr əlavə edib.
Qəzet dörd səhifədən ibarətdir və həm çap, həm də onlayn formada mövcuddur.
"Bu, məqalə və başlıqlardan tutmuş sitat və icmallara qədər tamamilə süni intellekt tərəfindən yaradılan dünyada ilk gündəlik qəzetdir. Burada ənənəvi jurnalistikaya xas olan şəxsi rəylər, dərin təhlillər, müsahibələr yoxdur. Proqram açıq-aşkar qrammatik səhvləri ehtiva etməyən sadə və başa düşülən məqalələr yazıb", - "Il Foglio"nun baş redaktoru Klaudio Ceras bildirib.
Ağarza Elçinoğlu