Ötən gün Ağdamın Quzanlı qəsəbəsində 2 nəfərə bıçaqla xəsarət yetirərək qaçan şəxs saxlanılıb.
"Unikal" xəbər verir ki, hadisəni törədən Abdullasoylu Həsən Zaur oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
H.Abdullasoylu Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Fiziki Tərbiyə Müəllimliyinin ikinci kursunda təhsil alır.
Xatırladaq ki, yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu bədənin müxtəlif nahiyələrindən, sarğı nahiyyəsi, sol qol altı nahiyyəsi və kürək nahiyəsindən xırda kalibrli bıçaqla, qarın nahiyəsindən isə iri kalibrli bıçaqla xəsarət yetirilib.
Digər rayon sakini 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğlu da qarının sağ hissəsindən xırda kalibrli bıçaqla bıçaqlanıb.