Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın söhbəti zamanı əldə olunan qismən atəşkəslə bağlı razılaşmanı geriyə addım adlandırıb.
"Unikal" xəbər verir ki, onun sözlərini RBC-Ukrayna sitat gətirir.
“Bir daha insanlar, mənə elə gəlir ki, bir addım geri atdılar, çünki onlar qismən atəşkəs haqqında danışmağa başladılar. Biz irəliyə doğru daha yaxşı addımlar atmağa hazırıq”, - deyə Zelenski bildirib.
Eyni zamanda o qeyd edib ki, əgər Ağ Evin strategiyası geri addım atmağı tələb edirsə, o zaman Ukrayna onlarla razılaşmağa məcbur olacaq.