Rusiya və Ermənistan xarici işlər nazirlərinin müavinləri Mixail Qaluzin və Mnatsakan Safaryan Cənubi Qafqazdakı vəziyyəti və onun inkişaf perspektivlərini müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Cənubi Qafqazdakı vəziyyət və onun inkişaf perspektivləri ətraflı müzakirə edilib, həmçinin 3+3 Regional Əməkdaşlıq Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) formatında region dövlətləri ilə onların qonşuları arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib.

Xarici siyasət xidmətləri arasında təmasların müəyyən edilmiş dinamikasının saxlanılması, eləcə də idarələrarası dialoqun artırılması razılaşdırılıb.

Məsləhətləşmələr maraqlı, konstruktiv atmosferdə keçdi", - deyə departamentdən bildirilib.