Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranlı kəndində Şəhidlər Xatirə Kompleksini ziyarət edərək bütün şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb.
"Unikal" xəbər verir ki, bundan sonra, Vətən Müharibəsi şəhidimiz İxtiyar İlqaroğlunun atası İlqar Əliyevi, Novruz və Ramazan bayramları münasibəti ilə evində ziyarət edib.
İcra başçısı şəhid atasının səhhəti və sosial qayğıları ilə maraqlanıb, şəhid ailəsini qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək şəhid atasına şəfa, ailəsinə bol ruzu arzulayıb.