Britaniya taxtının varisi Şahzadə Uilyam NATO-nun Estoniyadakı hərbi  bazasında, Rusiya ilə sərhəddə görüntülənib.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Uilyam martın 21-də səhər saatlarında NATO-nun Estoniyadakı ən böyük bazası olan Tapaya gəlib. O, Rusiya sərhədindən avtomobillə cəmi bir neçə saatlıq məsafədə yerləşir. Şahzadə "Kabrit" adlı təlimdə iştirak edib.

42 yaşlı Uels şahzadəsi kamuflyaj və beretdə kameralar qarşısına keçib. Qoruyucu dəbilqə və eynək taxaraq, "Warrior" piyada döyüş maşınına keçməzdən əvvəl ilk olaraq "British Challenger 2" tankını sınaqdan keçirib.