Türkiyədə etiraz aksiyaları 3 gündür davam edir.
"Unikal" xəbər verir ki,Saraçhane ilində İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya və terror istintaqına etiraz olaraq keçirilən icazəsiz nümayiş zamanı gərginlik artıb.
Etirazçılarla təhlükəsizlik qüvvələri arasında ara-sıra toqquşmalar olub, bəzi nümayişçilərin polisə su şüşələri, odun parçaları və məşəllər atdığı görülüb.
Təhlükəsizlik qüvvələri bibər qazından istifadə edərək qrupu dağıtmağa çalışıb. Qısa atışmadan sonra nümayişçilər ara küçələrə çəkilib, polis isə ərazidə təhlükəsizliyi təmin etməyə davam edib.
Hadisədən sonra səlahiyyətlilər gərginliklə bağlı araşdırma başlandığını açıqlayıb.
Gülayə Mecid