İstanbul Böyük Şəhər Bələdiyyəsi barədə başladılan istintaq çərçivəsində 323 nəfər şübhəli şəxs saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.
“Bu gecə İstanbul Böyük Şəhər Bələdiyyəsinin istintaqı ilə əlaqədar 323 şübhəli nəzarətə alındı. İctimai asayişi pozan hər hansı təşəbbüsə icazə verilməyəcək”, - nazir qeyd edib.