UEFA Millətlər Liqasının B diviziasının seçmə mərhələsi çərçivəsində Gürcüstan və Ermənistan arasında bu gün Tbilisidə keçirilən pley-off mərhələsinin cavab oyununda 6-1 hesablı biabırçı məğlubiyyətdən sonra, Ermənistan Futbol Federasiyasının prezidenti Armen Melikbekyan açıqlama vermək məcburiyyətində qalıb. 

"Unikal" xəbər verir ki, onun açıqlaması barədə erməni KİV məlumat yayıb. 

"Bu nəticələrə görə ictimaiyyətdən üzr istəyirik, lakin futbola olan mənfi münasibətdən asılı olmayaraq, bütün çətinlikləri dəf etməyə, daxili problemləri həll etməyə və iyunda tam fərqli səviyyədə meydana çıxmağa hazır olacağımızı vəd edirik", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu