Tovuz sakinini it dişləyib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Azaflı kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Q.Vəliyev ayağının it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə 38 yaşlı kişini sahibsiz it küçədə dişləyib.

Tural Əhmədov