Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan işıqforun yenisi ilə əvəz edilməsi işləri görüləcək.