Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.
Kənd sakini 1993-cü il təvəllüdlü Məftun Cabbarov idarə etdiyi 51 BB 084 qeydiyyat nömrəli "Mercedes" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetmənən çıxaraq ağaca çırpılıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov