Göygöldə 1 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü Şəmkir sakini 1985-ci il təvəllüdlü A.Miriyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov