Gəncədə 32 yaşlı kişi intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.

Şəhər sakini 1993-cü il təvəllüdlü V.İsmayılov yaşadığı evdə eyvanında özünü asıb. Onun meyti ailə üzvləri  tərəfindən asılmış vəziyyətdə tapılıb.

32 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda  araşdırma aparılır.

Tural Əhmədov