Martın 19-da saxlanılaraq Silivri Həbsxanasına göndərilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu sosial media hesabından yeni mesaj paylaşıb.
"Unikal" xəbər verir ki, İmamoğlu "X" hesabında bunu yazıb:
"Bu gecə həbsxanada otağımda sizi izləyəcəm. İstanbul Saraçhanesində, Türkiyənin bütün meydanlarında, evlərin eyvanlarında, tıxacda ölkəmizin gələcəyi üçün səsini ucaldan hər kəsə salamlar olsun".