Fransanın iki kəşfiyyat təyyarəsi təlim zamanı toqquşub.
"Unikal" xəbər verir ki, təlim zamanı Fransa kəşfiyyatına məxsus (Patrouille de France) iki “Alpha Jet” reaktiv təyyarəsi Sənt-Dizyedə (Saint –Dizier) 113 saylı hava bazası yaxınlığında toqquşub.
Məlumata görə, iki pilot və bir sərnişin katapult edə biliblər və şüurlu vəziyyətdədirlər. Üçüncü şəxslərə dəyən ziyan və mümkün mülki itkilərlə bağlı qiymətləndirmə aparılır.