Serbiya Aİ-yə üzvlük məqsədinə əvvəlkindən daha çox sadiq olacaq.
"Unikal" xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandar Vuçiç Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşdə bildirib.
Siyasətçi qeyd edib ki, nisbətən kiçik bir ölkənin prezidenti kimi onun üçün Aİ-nin ən mühüm iki lideri ilə danışmaq böyük şərəfdir: "Biz ilk növbədə Serbiyanın Aİ-yə aparan strateji yolundan, Serbiyanın ona nə dərəcədə sadiq ola biləcəyindən və istəməsindən danışdıq. Mən dedim ki, Serbiya bu məqsədə indiyə qədər olduğundan daha çox sadiq olacaq".
Ağarza Elçinoğlu