Şəkidə mübahisə qanla bitib.

"Unikal" xəbər verir ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.

Seymur Əli