Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda 2-ci liqanın 18-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Ağdaş” – “Şəki Siti” oyununda “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Eyni matçın 90+3-cü dəqiqəsində meydan sahiblərinin 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Ağdaş” 50 manat cərimə edilib.

Sözügedən görüş bitdikdən sonra “Ağdaş”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 80 manat cərimə olunub.

“Şəfa” – “Şəmkir” oyununda qonaqlardan 4 nəfər sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Bu oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 80 manat cərimə edilib.

“Kür-Araz” – “Füzuli” matçında “Kür-Araz” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimələnib.

Həmin qarşılaşmada 6 futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" 70 manat cərimə olunub.

Qeyd olunan görüşdə “Füzuli”nin 4 futbolçusunun sarı vərəqə alması səbəbindən klub “70 manat cərimələnib.

Eyni matçda “Füzuli” komandasının adı matçın protokolunda olmayan rəsmi şəxsi Vasif İsmayılov texniki zonada olduğu üçün klub 80 manat cərimələnib.