Braziliya Futbol Konfederasiyası ( CBF) millinin baş məşqçisi vəzifəsinə əcnəbi mütəxəssis təyin etmək istəyir.
"Unikal" xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb.
Xəbərdə bildirilib ki, bu vəzifəyə “Real"ın baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”ni çalışdırıcısı Xosep Qvardiola və “Əl-Hilal”da işləyən Jorje Jesus namizəddir.
CBF prezidenti Ednaldo Rodrigez Ançelottinin namizədliyini dəstəkləyir. Qvardiolanın milli komandaya rəhbərlik etməyə açıq olduğu və Braziliyaya xüsusi sevgisi olduğu da vurğulanır.
Qeyd edək ki, Dorival Junior ötən gün Braziliya millisindən istefaya göndərilib. O, 2024-cü ilin yanvarından bu komandanı çalışdırırdı. Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində 14 oyundan sonra 21 xalla 4-cü yeri tutur.