Ağdaş şəhəri ərazisində odlu silah tapılması barədə polisə məlumat daxil olub. 

"Unikal" xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat və daraq aşkarlanaraq götürülüb. Silah-sursat ekspertizaya göndərilib. 
Araşdırmalar aparılır.