"Biz rüşvət, korrupsiya və terrorla bağlı araşdırmaları diqqətlə izləyirik".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İstintaq davam etdikcə və dərinləşdikcə bələdiyyələri osminoq kimi cənginə alan cinayətkar təşkilatın qollarının nə qədər uzandığı şübhəsiz üzə çıxacaq. Ramazan ayının son 10 günündə baş verən hadisələr və küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Millətimiz zirəkliyi ilə oyuna gəlmədi və təxribatçıların təxribatlarına inanmadı", - deyə türkiyəli lider bildirib.