Serbiyalı tennisçi Novak Cokoviç Mayamidə keçirilən turnirin finalında 19 yaşlı Çexiya təmsilçisi Yakub Menşikə məğlub olub.

"Unikal" xəbər verir ki, 2 saat 5 dəqiqə davam edən matç 37 yaşlı Cokoviçin 0:2 (6:7, 6:7) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, bu, Menşikin ATP turnirlərində ilk çempionluğudur.