Azərbaycan şahmatçısı Azər Mirzoyev Macarıstanın paytaxtında keçirilən “SixDays Budapest March 2025” turnirində birinci yeri tutub.

"Unikal" xəbər verir ki, o, qrossmeysterlərin B yarışının qalibi olub.

Son turda Çakraborti Mayank (Hindistan) ilə heç-heçə edən Mirzoyev 6,5 xal toplayıb və əlavə göstəricilərə görə digər hindistanlı Krişnanı qabaqlayıb.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı iştirak edib.