Birləşmiş Ərəb Əmirlikləri noyabr ayında öldürülən İsrail-Moldova ravvinini qətlə yetirməkdə təqsirli bilinən üç nəfəri edam cəzasına məhkum edib.
"Unikal" xəbər verir ki, Əbu-Dabi Federal Apellyasiya Məhkəməsi 28 yaşlı Zvi Koqanın qətlinin müttəhimlər tərəfindən “terrorçuluq məqsədi ilə həyata keçirildiyi” qənaətinə gəlib.
BƏƏ-də yaşayan Koqan müstəqil və dünyəvi yəhudilərlə əlaqə qurmağa çalışan bütün dünyada şöbələri olan pravoslav yəhudi təşkilatı olan Çabadın nümayəndəsi idi.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Koqanın öldürülməsini pisləyib və bunu “antisemit terror aktı” kimi qiymətləndirib.
Üç müttəhim Koqanı öldürməkdə təqsirli bilinib, dördüncü müttəhim isə qətllə bağlı ömürlük həbs cəzasına məhkum edilib.
Lakin ölkə qanunvericiliyinə görə, ölüm hökmlərindən şikayət verilə bilər.