Sovet aktrisası Lyudmila Suvorkina 74 yaşında Moskvada yanğın zamanı dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, aktrisanın meyiti aprelin 5-i axşam saatlarında Lesnaya küçəsindəki şəxsi mənzilində tapılıb. Aktrisanın qonşuları onun tək yaşadığını bildiriblər. Suvorkinanın evində yanğın axşam saat 22:00 radələrində başlayıb. Sənətçinin üçotaqlı mənzilində baş verən yanğının sahəsi təxminən 20 kvadratmetr olub. O, mənzildən çıxa bilməyib.

Lyudmila Suvorkina həyatının çox hissəsini teatrda işləməyə həsr edib və səkkiz filmdə baş rolda çəkilib. 1969-cu ildə "Rodolfio" filmində baş rolu oynayıb. Daha sonra qadın "Göydən gələn mərkəz", "Azyaşlı", "Vanyuşinin uşaqları", "Fransız" və "Çar Pyotr və Aleksey" filmlərində çəkilib. Onun son ekran işi 2013-cü ildə "Hökumət müfəttişi" filmi olub.