"Moskva və Bakı Azərbaycandakı "Rus Evi" ilə bağlı kompromis axtarırlar, hamı konstruktiv və işin bərpa olunacağına nikbindir".
"Unikal" xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov deyib.
"Biz Azərbaycan tərəfi ilə kompromis axtarmaqda davam edirik. Həm Azərbaycan tərəfi, həm də biz konstruktivik və kifayət qədər nikbinik ki, kompromis tapacağıq və genişmiqyaslı iş bərpa olunacaq", - Primakov bildirib.
O əlavə edib ki, Rusiya və Azərbaycan əvvəllər "Rus Evi"nin qeydiyyatı formatını hüquqi şəxs və ya QHT kimi müzakirə ediblər: "Bakıdakı "Rus Evi" uzun illərdir ki, bütün zəruri öhdəlikləri yerinə yetirərək uğurla fəaliyyət göstərir. Lakin 1997-ci ildə informasiya və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında hökumətlərarası sazişdə açıq şəkildə qeyd olunub ki, bu mərkəz Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir".
Ağarza Elçinoğlu