Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu posta Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdıran Jorje Jezus gətiriləcək.

Portuqaliyalı mütəxəssis hazırda yığmanın sükanı arxasına ən real namizəd hesab olunur.

70 yaşlı baş məşqçinin təyinatının dərhal reallaşmayacağı, onun mayın 3-nə planlaşdırılan Asiya Çempionlar Liqasının finalına qədər Səudiyyə klubunda qalacağı barədə iddialar var.

Bundan əlavə, “Əl-Hilal” ölkə çempionluğu uğrunda mübarizəni davam etdirsə, J.Jezusun komanda ilə müqaviləsinin müddəti uzadıla bilər.

Qeyd edək ki, Jorje Jezus 2019-2020-ci illərdə Braziliyada çalışıb. O, "Flamenqo" komandasına rəhbərlik edib.