"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda İngiltərə ikincisi "Arsenal"a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəkədə paylaşım edib. 

"Unikal" xəbər verir ki, futbolçu fotosunu paylaşaraq üzərinə "sona qədər inanmalısan" sözlərini yazıb.

Qeyd edək ki, cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.

Mbappe Kral Klubunda ilk mövsümünü keçirir, 48 oyunda 33 qol vurub və 5 məhsuldar ötürmə edib.

Ağarza Elçinoğlu