Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb. 

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.

"Onlardan biri, azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır. Azyaşlı reabilitasiyaya cəlb ediləcək,sığınacağa yerləşdiriləcək", - deyə K.Ağazadə qeyd edib.