Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırama aparılır.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

9 aprel, saat 22:44

Gəncədə 31 yaşlı kişini başından butulka ilə vurublar.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb. Belə ki 1993-cü il təvəllüdlü R.Mayılov başının təpə nahiyəsinin və üzünün çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal 31 yaşlı kişiyə yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, R.Mayılov dava zamanı başından butulka ilə vurulub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov