Suqovuşanda anasını bıçaqlayan oğul tutulub.

"Unikal" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov polis tərəfindən saxlanılıb.

***

10 aprel, saat 20:47

Ağdərə rayonunun Suqovuşan kəndində oğul anasını bıçaqlayıb.

"Unikal" trend-ə istinadən xəbər verir ki, Ələkbərova Məhbubə Əyyub qızı oğlu tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.