Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycan yunan-Roma güləşçilərinin ilk rəqibləri müəyyənləşib.
"Unikal" xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov və Murad Əhmədiyev Türkiyə təmsilçiləri ilə üz-üzə gələcəklər.
Qurban Qurbanova isə Ermənistan güləşçisi Samvel Qriqoryan rəqib olub.
Titullu yunan-Roma güləşçisi Eldəniz Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayacaq. O, Ukraynanın erməni əsilli pəhləvanı Koryun Sahradyan ilə Gürcüstan təmsilçisi Vaxtanq Lolua arasındakı qarşılaşmanın qalibi ilə qarşılaşacaq.