UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində "Legia" - "Çelsi" matçı baş tutub.

"Unikal" xəbər verir ki, İngiltərə təmsilçisi oyunda rahat qələbə qazanıb - 0:3.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. Corc 49-cu dəqiqədə hesabı açıb.

Madueke dubla imza ataraq (57 və 74-cü dəqiqələr), yekun nəticəni müəyyənləşdirib. "Çelsi"dən Nkunku 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü aprel ayının 17-də keçiriləcək.