Gəncə Dövlət Universiteti özünə xəsarət yetirən keçmiş əməkdaşı ilə bağlı məlumat yayıb.
Universitetdən "Unikal"a verilən məlumata görə, 11 aprel 2024-cu il tarixdə Gəncə Dövlət Universitetinin binasından kənarda universitetin keçmiş əməkdaşı 1988-ci il təvəllüdlü Məmmədova Günay Asim qızı özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib. Hadisə univeritet binasının yaxılığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, G.Məmmədova 3 il bundan öncə öz ərizəsi ilə işdən azad olunub. Öz istəyi ilə işdən ayrılsa da, G.Məmmədova dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına və Ombudsmana müraciət edib.
G.Məmmədova bununla əlaqədar verdiyi izahatlarda işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib.
Bu gün baş verən hadisənin isə GDU ilə heç bir əlaqəsi yoxdur.
*** 11:45
TƏBİB özünə xəsarət yetirən qadının son vəziyyəti ilə bağlı məlumat yayıb.
"Unikal" xəbər verir ki, 11.04.2025-ci il tarixində saat 09:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
****
10:29
Gəncə Dövlət Universitetində qadın özünə kəsici ailətlə xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Günay Məmmədova qolunun kəsilmiş-cırılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına xəstəxanada yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə görə, G.Məmmədova GDU (dəftərxana) əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılması olub. Həmçinin məlumata görə, G.Məmmədova unverstetdə vəzifəsinin qalxması üçün 25 manat pul verib və qadın işinin düzəlmədiyini görüb. Bu zaman pulunu istəyəndə isə işdən çıxarılıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov