"Liverpul" futbolçusu Məhəmməd Salahla müqaviləni uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Misirli hücumçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin iyununa qədərdir. Son vaxtlar futbolçunun İngiltərə klubu ilə müqaviləni uzatmayacağı və mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı məlumatlar yayılırdı.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən Salah bu mövsüm Mersisayd təmsilçisində ümumilikdə 45 oyuna 32 qol vurub, 22 qol ötürməsi edib.